İrandan İngiltərəyə sərt reaksiya: Müdaxilə...

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İngiltərəni ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.
Axar.az xəbər verir ki, nazirlik rəsmisi İngiltərə Xarici İşlər naziri Ceremi Hantın İranda saxlanılan İngiltərə və İran vətəndaşlığı olan Nazan Zəkəri haqqında söylədiklərinin İrana qarşı yersiz, yanlış və daxili siyasətə müdaxilə olduğunu vurğulayaraq, bunu təəssüflə qarşıladığını bildirib.
“Hant İngiltərəni maraqlandırmayan məsələlələri bir neçə dəfə tələsik və doğru olmayan tərzdə gündəmə gətirib. İngiltərəli nazirin işlətdiyi ifadələr məsələ ilə bağlı məlumatlara dərindən sahib olmadığını göstərir. Bu açıqlamalar müstəqil ölkənin daxili siyasətinə müdaxilədir”, – Qasımi deyib.
Qasımi İngiltərini terror təşkilatına və işğalçı dövlətlərə dəstəkdə günahlandırıb:
“Ceremi Hant İngiltərənin Orta Şərqdəki terrorçu təşkilatlarına və işğalçı dövlətlərə göstərdiyi dəstəyin bölgədəki xalq üçün necə böyük insani faciələrə və böhranlara səbəb olduğunu araşdırsın”.
Qeyd edək ki, İngiltərə Xarici İşlər naziri Ceremi Hant İranda saxlanılan Zəkərinin Tehran rəhbərliyi tərəfindən diplomatik məqsədlər üçün girov götürüldüyünü iddia etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!