İrandan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Mühüm irəliləyiş əldə olunub”
İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlı danışıqlar davam edir.
Minval.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlayıb.
Bəqayinin sözlərinə görə, iyulun 24-25-də Tehranda keçirilən görüşlər zamanı tərəflər Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması, eləcə də hər iki ölkənin suveren hüquqlarına hörmət prinsipi əsasında əməkdaşlıq mexanizmlərini müzakirə ediblər.
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
O bildirib ki, danışıqlar nəticəsində bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub.
XİN sözçüsü qeyd edib ki, Oman nümayəndə heyəti iyulun 25-i axşam Tehranı tərk etsə də, texniki və siyasi məsləhətləşmələr davam etdirilir.
İsmayıl Bəqayi əlavə edib ki, hazırda Hörmüz boğazında gəmiçilik fəaliyyətində hər hansı dəyişiklik müşahidə olunmur.
Britaniya baş naziri: Brexit sazişinin yenidən baxılması birləşdirici ola bilər
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir
İrlandiyanın məşhur musiqiçisi Dónal Lunny vəfat edib
Hakan Fidan: İsrailin hərəkətləri beynəlxalq güvəni azaldır
Avropa müharibəyə hazırlaşmalıdır: iqtisadiyyat və təhlükəsizlik
Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib