İrandan gələn yük maşınından narkotik tapıldı
Ukrayna Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində əməliyatçılar tərəfindən saxlanılıb və əməliyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib.
Dövlət Gömrük Komitəsidən minval.info saytına verilən məlumata görə, bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub.
Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzərətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümümi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir