İranda "İnstagram" qadağası narazılıq doğurub
İranda yerli hakimiyyət yaxın vaxtlarda ölkədə İnstagram sosial şəbəkəsini bloklamaq niyyətindədir. İnstagram İranda istifadəsinə qismən icazə verilmiş yeganə online-platformadır.
Bu qadağa xüsusən sosial-aktiv qadınların narahatlığına səbəb olub. Düşünürlər ki, onları aktual və həqiqi xəbərlərdən, subyektiv fikirlərini ifadə etməkdən, pul qazanmaq imkanından (bir çox qadınlar ailə vəziyyətinə görə evdən çıxmır və biznesini evdən idarə edir) məhrum edirlər.
İnstagramın İranda qadağan olunmasının əsas səbəbi isə yayılan ədəbsiz kontentdir. Hakimiyyət həmçinin etnik azlıqların, həmçinin LGBT nümayəndələrinin şəbəkədəki ünsiyyətinə mane olmaq istəyir.
Kütləvi kommunikasiya sahəsində nəzarət üzrə xidmət artıq bir neçə ildir ki, İranda “halal internet” yaratmağa çalışır.
Maraqlıdır ki, İran prezidenti Həsən Ruhani İnstagram hesabında paylaşımlar etməyə davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!