İranda hökumətdən növbəti qadağa qərarı verildi
İranda instaqram sosial platformasının istifadəsi məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qudusi deyib.
Millət vəkili bu məlumatı informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromidən aldığını bildirib. O, instaqramın bu günə qədər bloklanmasının prezident Həsən Ruhaninin bu qərara qarşı olduğuna görə baş tutmadığını deyib.
Qudusi özünün də instaqramın bloklanmasını dəstəklədiyini deyərək, hökumətin bu qərarının icrasında itirilən hər günü “xoşagəlməz hal” kimi dəyərləndirib.
Qeyd edək ki, bir neçə həftədir ki, İranda instaqramın bloklanacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bu istiqamətdə ölkənin bəzi rəsmiləri və axundları da dövlətə təzyiqlər göstərirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!