İrana işləyən Orxanın israilli milyarderə sui-qəsdi - DETALLAR
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran kəşfiyyatının nəzarəti altında yaradılmış şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda adı çəkilən Əsədov Orxan Fərman oğlu barəsində daha əvvəl də məlumatların yayılması məlum olub.
“Minval.info” Oxu.az-a istinadən xəbər verir ki, İran xüsusi xidmət orqanları tərəfindən təlimlərə cəlb edənlərdən biri olan O.Əsədov ötən il üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.
Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir. Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.
Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.
Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.
Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar.
Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tbilisi-Bakı qatarı 24 yaşlı kişini öldürdü
İrandan PUA ilə narkotik keçirməyə cəhd ifşa edildi
Anar Məmmədliyə 13 il həbs cəzası verildi
Bakıda qızını bıçaqlayan qadına şərti cəza
Balakəndə narkotik əməliyyatı: 169 çətənə kolu tapıldı
İsgəndərin itmiş məzarı: Sirli tarixdən izlər
Zərgərlik işçisi 3 kq qızıl oğurladı: Həbs edildi