İran Prezidenti Qərbi Azərbaycanda Urmiya gölü barədə danışdı

İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır.
Minval.İnfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani ölkənin Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən deyib.
O bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycan ilə münasibətlərini korlamağa çalışıblar. Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. Ruhani qeyd edib ki, İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
O həmçinin diqqətə çatdırıb ki, İran xalqının Allahdan başqa heç kimdən qorxusu yoxdur:
“Biz heç bir dövlətə qarşı sanksiya tətbiq etməmişik. Bölgədə həyata keçirdiyi qeyri-konstruktiv siyasətin məğlubiyyətə uğradığını görən ABŞ İrandan qisas almaq istəyir. Ona görə də iqtisadi sanksiyalar tətbiq etməklə İran xalqını sosial vəziyyətini gərginləşdirməyə çalışır. İstəyir ki, ölkədəki sabitliyi pozsun. Lakin xalqın birliyi və düşmənin hiyləsini başa düşməsi buna imkan verməyəcək. ABŞ-ın İrana qarşı apardığı psixoloji müharibə məğlubiyyətə düçar olacaq”.
Ruhani bəyan edib ki, İran heç bir dövlətin daxili işinə qarışmır və heç bir regiona müdaxilə etmir.
O, Urmiya gölünün quruması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, əgər hökumət tədbirlər görməsəydi, bu gün göldə bir damcı da olsun su qalmazdı. Məhz dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, Urmiya gölünün quruması dayanıb. Gələcəkdə daha səmərəli tədbirlər hazırlanaraq gölün suyunun əvvəlki səviyyəyə qalxması təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü