İran İraqda PKK-nın mövqelərinə zərbə endirib

İran İnqilab Keşikçiləri Qvardiyasının qırıcıları İraqın şimalında terrorçu PKK-nın mövqelərinə zərbə endirib.
“Minval.info” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyası yayıb.
Bildirilib ki, əməliyyatda “Şahed-129” pilotsuz uçuş aparatı da iştirak edib.
Məlumata görə, terrorçuların başçılarının toplanma və təlim mərkəzinə 7 raket atılıb: “Mərkəz dağıdılıb, onlarla terrorçu zərərsizləşdirilib və ya yaralanıb”.
Qeyd edək ki, bu günlərdə İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur rəsmi Bağdad və Ərbilə səslənərək İranın təhlükəsizliyini təhdid edən terrorçulara İraqda yer verməməyə çağırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!