İran hakerləri “Google” vasitəsilə ABŞ-ın ölkədəki casuslarını tapıblar
İran xüsusi xidmət orqanları 2010-cu ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rabitə sistemini sındırmağa müvəffəq olublar. Onlar bunun sadəcə “Google”dakı axtarış sorğularından istifadə edərək MKİ-nin öz agentləri ilə əlaqə qurduğu saytlara giriblər.
Musavat.com-un “RBK” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ kəşfiyyatının iki keçmiş əməkdaşı bu hadisənin MKİ tərəfindən istifadə edilən, lakin eyni zamanda həm də İrana işləyən agenti ucbatından baş verdiyini bildirblər.
Məhz həmin adam İran kəşfiyyatına MKİ-nin öz agentləri ilə təmas qurduğu saytların adını verib. İran xüsusi xidmət orqanları isə “Boolean Search” funksiyasını işə salaraq həmin saytların kimlər tərəfindən və haradan təqib edildiyini, habelə MKİ-nin ölkədə fəaliyyət göstərən casus şəbəkəsini ortaya çıxara biliblər.
Xəbərdə bu “sındırılmanın” ABŞ kəfiyyatı üçün fəlakətlə sonuclandığı göstərilib. Bunun sayəsində MKİ-yə çalışan bir neçə İran informatoru həbs və edam edilib. 2011-ci ilin mayında isə İran kəfiyyatı MKİ-nin 30 casusunu yaxladıqlarını bildirib.
Ümumiyyətlə, son bir neçə ildə İran başqa ölkələrə kiberhücumlar təşkil etməkdə ittiham olunur. Bu ilin mart ayında ABŞ məhkəməsi 9 iranlıya qarşı ittham aktını təsdiq edib. “Yahoo News”un xəbərinə əsasən həmin adamlar 320 universitetdə 7998 müəllimin kompüterlərinə müdaxilə etməkdə təqsirləndirilirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ