09.10.2026 - 11:28
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu
Hərbi xəbər 348 baxış

Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu

Publika.az-ın məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələri Yəməndə İranın dəstəklədiyi husilərə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edir. Bu barədə Pakistanın yüksək vəzifəli hərbi rəsmisi “The New York Times” qəzetinə açıqlama verib.

Bildirilib ki, İslamabad Səudiyyə Ərəbistanının rəhbərliyi altında yenidən başlayan müharibəyə hava qüvvələri ilə dəstək verir. Pakistanın əməliyyatlarda əsas məqsədi husilərin pilotsuz uçuş aparatları və raket təhlükəsini zəiflətməkdir. Quru əməliyyatlarında birbaşa iştirak etmək əvəzinə, hava dəstəyi göstərməyə üstünlük verilir.

Əməliyyatlara neçə döyüş təyyarəsinin cəlb olunduğu və hansı hədəflərin vurulduğu barədə ətraflı məlumat verilməyib. Pakistan ordusu da məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki David O. Smith Səudiyyə Ərəbistanında təxminən 8 min Pakistan əsgərinin yerləşdirildiyini, onların arasında Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və hava hücumundan müdafiə bölmələrinin olduğunu bildirib. Smitin sözlərinə görə, Pakistan hərbçilərinin əsas vəzifəsi Səudiyyə Ərəbistanının neft infrastrukturunu qorumaqdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: