07.10.2026 - 12:31
ABŞ İranla müharibədə 81 hava vasitəsini itirib
Hərbi xəbər 4 baxış

ABŞ İranla müharibədə 81 hava vasitəsini itirib

ABŞ-ın İranla müharibə zamanı verdiyi itkilər barədə yeni məlumatlar açıqlanıb. Müharibənin gedişində ABŞ ordusunun itirdiyi hava vasitələrinin sayı bəlli olub.

Minval.info xəbər verir ki, Konqres Tədqiqat Xidmətinin (CRS) yayımladığı hesabatda bildirilir ki, müharibənin indiyədək olan mərhələsində ABŞ ən azı 81 hava vasitəsini itirib. Bu itkilər arasında ABŞ-ın ən müasir döyüş texnikaları da yer alır.

Siyahıda 45 “MQ-9 Reaper” pilotsuz uçuş aparatı, 12 “F-15E Strike Eagle”, 7 “KC-135 Stratotanker”, 4 “AH-6 Little Bird”, 3 “MQ-1”, 2 “A-10 Warthog”, 2 “MC-130J Commando II”, 1 “F-35A Lightning II” və digər hava vasitələri qeyd olunub. Xüsusilə “MQ-9 Reaper” PUA-larının itirilməsi diqqət çəkir. Bu aparatların hər birinin dəyəri 30-50 milyon dollar arasında dəyişir.

ABŞ-ın hava vasitələrinin itkiləri üzrə ümumi maddi zərəri 3,3 milyard dollar həcmində qiymətləndirilir. Bununla yanaşı, İran müharibəsindəki ümumi maliyyə itkiləri də artmaqdadır. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, müharibənin ümumi dəyəri artıq 43,6 milyard dollara çatıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: