İqtisad Universitetinin sabiq əməkdaşı hakim önündə - 607 min manat işi...

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Minval.İnfo APA-ya istinadən, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı avqustun 9-na təyin edilib.
Şikayətdə V. Osmanlıya bəraət verilməsi istənilir.
Qeyd edək ki, V. Osmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, V. Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. O, Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, dollar mübadiləsi adı altında onların ümumilikdə 607 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
V. Osmanlı Azərbaycan İqtisad Universitetində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir