18.09.2026 - 18:39
Ölkə 15 baxış

Bakının "Şamaxinka"sında səhər sıxlığı davam edir

Bakının ‘Şamaxinka’ adlanan ərazisində səhər saatlarında həm nəqliyyatın, həm də sərnişinlərin hərəkətində ciddi sıxlıq müşahidə edilir. Sakinlərin bildirdiyinə görə, xüsusilə 67 nömrəli marşrut avtobuslarına minmək çətinləşib. Vətəndaşlar avtobusların dolu gəldiyini və dayanacaqlarda uzun müddət gözləməli olduqlarını qeyd edirlər. Bəzi sərnişinlər yarım saat, hətta bir saata yaxın avtobus gözlədiklərini bildirirlər. Minval.info xəbər verir ki, məktəblərin açılması ilə vəziyyət daha da ağırlaşıb. Bu səbəbdən insanlar işə və məktəbə gecikir, axşam saatlarında isə evə qayıtmaqda çətinlik çəkirlər. ‘Bu gün hələ vəziyyət yaxşıdır. Dünən bundan betər idi, sıxlıqdan tərpənmək olmurdu. Məktəb açılandan lap pis haldayıq’, – deyə sərnişinlərdən biri narazılığını ifadə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: