Xankəndidə TDT-nin insan resursları görüşü baş tutdu
Xankəndi şəhərində sentyabrın 18-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” mövzusunda V görüşü keçirilib.
Minval.info xəbər verir ki, tədbirdə TDT-yə üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər. Görüşdə rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda insan resurslarının inkişafı, dövlət qulluğunda müasir idarəetmə mexanizmlərinin tətbiqi, rəqəmsallaşma və süni intellektdən istifadə istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Çıxışlarda Xankəndidə belə bir mühüm tədbirin keçirilməsinin əhəmiyyəti vurğulanıb, iştirakçılar şəhərdə olmaqdan məmnunluqlarını ifadə ediblər. Rəqəmsal texnologiyaların sürətli inkişafı əmək bazarına və insan resurslarının idarə edilməsinə yeni tələblər formalaşdırır. Bu baxımdan üzv dövlətlər arasında təcrübə mübadiləsinin aparılması, qabaqcıl yanaşmaların öyrənilməsi və gələcəyin əmək bazarına uyğun kadr potensialının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Görüş çərçivəsində TDT-yə üzv dövlətlərdə insan resurslarının inkişafı, rəqəmsal transformasiya və süni intellekt sahəsində görülən işlərə dair təqdimatlar keçirilir, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lerikdə 3.1 maqnitudalı zəlzələ qeydə alındı
Bakının əsas yollarında sıxlıq: Alternativ marşrut seçin!
ADMİU-dan qovulan tələbə geri qayıdır?
Rəşad İsmayılov Xankəndidə vətəndaşlarla görüşdü
Sumqayıtda poliklinika şöbəsinə yeni təyinat
Cüdo millisinin dünya çempionatı heyəti açıqlandı
Qapısı bağlanmayan qatar: Hindistan səhnəsi Bakıda!