İlham Əliyevlə Paşinyan arasında daha bir görüş keçirilə bilər - KİV
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında daha bir görüş baş tuta bilər.
Minval.info xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri XİN-dəki mənbəyə istinadən məlumat yayıb. İddia olunub ki,
Azərbaycan və Ermənistan liderləri yenidən Rusiyada görüşə bilərlər. Görüşün bu ilin sonunadək baş tutması gözlənilir.
“Əgər bu görüş baş tutarsa, çox güman ki, ümumiləşdirici xarakter daşıyacaq. İlkin məlumata görə, yeni görüş geniş tərkibdə keçiriləcək, dövlət başçıları ilə yanaşı iclasda həmçinin üçtərəfli komissiyanın üzvləri – baş nazir müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev, həmçinin müdafiə və xarici işlər nazirləri iştirak edəcəklər”, deyə məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putin and içir – LIVE
Vaşinqtondan İrəvana ardı-arası kəsilməyən səfərlərin sirri
Yeni icra başçısının qəbulunda qadın həbs edildi - İNSİDENT
Vətəndaş “şortik” geyindiyinə görə notariusa buraxılmadı
Sarkisyan Azərbaycana gətirilə bilər
Qayınata qızının ərinə aşiq oldu - Görülməmiş hadisə - FOTO, VİDEO
Daha bir direktorun səs yazısı yayıldı: "Pulları gətirin"