İlham Əliyevdən aztəminatlı ailələrə bayram hədiyyəsi - Yardım ayıldı
Prezident aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.
2. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5,0 (beş) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu yerlərdə içməli suyun verilişi dayandırıldı
İctimai nəqliyyatda yeni tariflər - Cədvəl
Məcburi köçkünlər üçün tikilən mənzillər satışa çıxarılır - Ərazilər/SİYAHI
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Cərimələnə bilərsiniz
Bakının bu hissəsində su olmayacaq
Azərbaycanda minimum əməkhaqqı 300 manata qaldırılır
