17.04.2018 - 17:53
Siyasət
32 baxış
İlham Əliyev sabah and içəcək, hökumət istefaya gedəcək
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.
Minval.info xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov məlumat verib.
Bu gün Konsitutsiya Məhkəməsi aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib. Qərara əsasən, İlham Əliyev 86,02 faiz səslə seçkinin qalibi olub.
Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Əli Əhmədov bildirib ki, andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
05.09.2026 - 14:57
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
05.09.2026 - 14:15
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
04.09.2026 - 21:48
Meloni İtaliyada yeni siyasi rekord qırdı
04.09.2026 - 21:27
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
02.09.2026 - 12:49
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
01.09.2026 - 16:55
