15.12.2021 - 14:57
Siyasət
16 baxış
İlham Əliyev Brüsseldə sammitdə iştirak edəcək
Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək.Minval.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.
Görüş ilk dəfə proqramda iştirakını dayandıran Belarusun iştirakı olmadan keçiriləcək. Ona görə də sammitdə Belarusun rəsmi nümayəndələri olmayacaq, Minsk isə “bayraqsız boş oturacaq”la təmsil olunacaq.
Aİ-nin yüksəkvəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, sammitin gündəliyinə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
14.09.2026 - 11:24
İraq-İran sərhədində üç keçid yenidən açılır
13.09.2026 - 22:20
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
12.09.2026 - 23:21
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
12.09.2026 - 22:04
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
12.09.2026 - 21:50
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
12.09.2026 - 21:29
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
12.09.2026 - 20:19
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
12.09.2026 - 17:38