İlduzə hacıyevanın məhkəmə prosesi: Yeni şahidlər və ekspertizalar işin gedişatını dəyişə bilərmi?
“Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın yol-nəqliyyat hadisəsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. İclasda zərərçəkən tərəfin vəkili məhkəmə tərkibinə etiraz etsə də, bu etiraz qəbul edilməyib.
Minval.info xəbər verir ki, İlduzə Hacıyevanın vəkilləri hadisə yerindən onu xəstəxanaya aparan İlham İbrahimovun əlavə şahid kimi ifadə verməsi üçün vəsatət qaldırıb və bu vəsatət təmin edilib. Eyni zamanda, hadisə ilə bağlı yenidən kompleks ekspertizanın keçirilməsi üçün də vəsatət verilib.
Bu çərçivədə avtotexniki, video görüntü və trasoloji ekspertizaların yenidən aparılması qərara alınıb. Müşavirədən sonra vəkillərin bu vəsatətləri də qəbul edilib və məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.
ƏLAQƏLİ
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
Xatırladaq ki, Xəzər Rayon Məhkəməsində keçirilən son prosesdə prokuror İlduzə Hacıyevanın 5 il 9 ay azadlıqdan məhrum edilməsini təklif etmişdi. Lakin məhkəmə onu 5 il 2 ay azadlıqdan məhrum edərək, 2 il 6 ay sürücülük hüququndan məhrum etmişdi. Apellyasiya şikayətinin ilk iclasında isə İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Prosesdə İlduzə Hacıyevanın Almaniya vətəndaşı olan həyat yoldaşı Denis də iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi
Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar