"İkinci əl paltarlar yığırlar, buradakı insanların da ləyaqəti var"
Türkiyəli müğənni, “Ahbap” dərnəyinin rəhbəri Haluk Levent zəlzələ qurbanlarına göndərilən yardımlarla bağlı çağırış edib.
Axşam.az xəbər verir ki, ifaçı yardımların ünvanına çatmaması ilə bağlı iddiaları cavablayıb. O bildirib ki, yardımı gətirənlər özlərini çətinliyə salmamaq üçün Hataya çatmamış hər şeyi paylayırlar. Bu səbəbdən Haluk yardım göndərən şəxslərə müraciət edərək lazımi qurumlar istəmədən belə yardımların göndərilməməsini xahiş edib.
O, ikinci əl geyimlərlə bağlı isə müraciətində bu sözləri deyib:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Hər dəqiqə telefonuma zəng gəlir ki, yük maşını göndərdik. Haradan alacağam onları, haraya yerləşdirəcəyəm? İkinci əl paltarlar yığırlar. Buradakı insanların da bir ləyaqəti var. Virus, xəstəliklər var… Mən niyə insanlara sənin paltarlarını verim? Bunu insanlara izah edə bilmirik. Qurumlarla məsləhətləşmədən yardım göndərməyin. Əgər razılıq almış olsalardı, iki yük maşınını yerə boşaltmış olmazdıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda