İki çimərlikdə təhlükə aşkarlandı
Çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub.
Bunu Oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, mayın 21-dən çimərliklərdə dəniz suyunun monitorinqləri aparılır:
“Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilib. Qaradağ rayonunun “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Bağırsaq çöpləri aşkarlanıb. Digər ərazidə yerləşən çimərliklər isə standartara cavab verir.
Ziyəddin Kazımov qeyd edib ki, dəniz suyundan nümunələrin götürülməsi oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq.
Qeyd edək ki, iyunun 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıq elan edilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?