21.08.2026 - 23:36
Təhsil 22 baxış

III qrupda rəqabət pik həddə: 8 min kəsiləcək

2026-cı il ixtisas seçimi prosesi başa çatıb və bu il abituriyentlərin ən çox maraq göstərdiyi sahələr müəyyənləşib. Xüsusilə III ixtisas qrupunda rəqabətin yüksək olduğu və 8 min abituriyentin kəsiləcəyi proqnozlaşdırılır.

Minval.info xəbər verir ki, elm və təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, 12-19 avqust tarixlərində keçirilən ixtisas seçimində 87 mindən artıq abituriyent iştirak edib. I və II qruplarda plan yerləri ilə abituriyentlərin sayı arasında balans olsa da, III və IV qruplarda rəqabət daha yüksəkdir.

Abituriyentlər arasında müəllimlik ixtisasına maraq azalıb. Valideynlər və şagirdlər daha çox universitetə qəbul olmağa çalışır, lakin gələcəkdə iş tapmaq üçün bacarıqların əhəmiyyətini dərk edirlər. Müəllimlik, hüquq və tibb kimi sahələrdə isə diplomların əhəmiyyəti böyükdür və bu sahələrdə rəqabət daha da artıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: