19.11.2021 - 12:29
Təhsil
19 baxış
İbtidai siniflərin payız tətili başladı
Bu gün ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində bir günlük payız tətili olacaq.6 günlük məktəblərin ibtidai siniflərində bu gün və sabah dərs olmayacaq.
Amma ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.
Qeyd edək ki, tədris planına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunur.
Xatırladaq ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunub.
Qeyd edək ki, pandemiya səbəbindən bu il ölkədə əyani tədris aşağı siniflərdə (I-IV) sentaybrın 22-də, yuxarı siniflərdə (V-XI) isə sentyabrın 29-da başlayıb.//report.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
05.10.2026 - 11:45
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
19.09.2026 - 09:07
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
18.09.2026 - 22:16
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
18.09.2026 - 20:31
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
18.09.2026 - 17:08
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
18.09.2026 - 10:08
Universitetdə təhsil müddəti qısalır?
18.09.2026 - 09:19
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
16.09.2026 - 19:16