Hüquqşünas: “Azərbaycanda ölüm cəzası bərpa olunmalıdır”
“Türkiyədə ölüm hökmünün tətbiqi elə də sadə məsələ deyil”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pedofillərə qarşı ölüm hökmünün bərpa oluna biləcəyi məsələsini şərh edərkən deyib. Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda da müəyyən cinayətlər üçün ölüm cəzasının bərpa olunmasının tərəfdarıdır:
“Elə cinayətlər var ki, məhz ölümlə cəzalandırılmalıdır. Ölüm cəzası bütün cinayətlərin qarşısını almasa da, müəyyən qisim insanlar bu cəzadan qorxduğu üçün cinayət törətmirlər. Mən də xüsusi hallarda bu cəzanın tətbiqinin tərəfdarıyam. Xüsusən də uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin cəzası bu olmalıdır”.
Bir müddət əvvəl Türkiyədə pedofillərə qarşı ölüm hökmünün bərpa olunması məsələsinin müzakirə olunduğu bildirilmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...