Əhməd Məsuddan “Taliban”a çağırış
Əfqanıstanın Pəncşir əyalətinə nəzarət edən müqavimət qüvvələrinin lideri Əhməd Məsud “Taliban”la müzakirələrə hazır olduğunu bəyan edib.
“Minval.info” xarici mediaya istinadən xəbər verir ki, bunun üçün o, ilkin şərt kimi “Taliban”ın öz qüvvələrini Pəncşir və Andarabdan geri çəkməsini irəli sürüb.
Sülhdən yana olduğunu bildirən Məsud feysbuk səhifəsində yazıb:
“Milli Müqavimət Cəbhəsi “Taliban”ın Pəncşir və Andarabdakı hücumlarına və hərbi əməliyyatlarına son verəcəyi halda daimi sülhə nail olmaq üçün daxili müharibəni dərhal dayandırmağa hazırdır. İslahatçılarla birlikdə geniş iclasda bütün tərəflərin iştirakı ilə müzakirələr aparmağı ümid edirik. Əksəriyyəti müsəlman olan Əfqanıstanda “Taliban”ın cihad etməsinin dini və humanist mənası yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ