Hindistana gələn əcnəbilər üçün yeni qaydalar tətbiq olunur
Hindistan hökuməti koronavirusun yeni “Omikron” növünə görə dekabrın 1-dən ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq edir.
“Minval.info” “Times of İndia”ya istinadən xəbər verir ki, risk qrupuna aid ölkələrdən gələn bütün şəxslər, habelə həmin qrupa aid olmayan ölkələrdən gələn “təsadüfi” turistlər hava limanında test verəcək və nəticələr gələnədək oranı tərk etməyəcəklər. Testin cavabı müsbət çıxarsa, həmin şəxs təcili surətdə təcrid olunacaq, test isə daha ətraflı tədqiqat üçün laboratoriyaya göndəriləcək. Testi mənfi çıxan şəxslər isə 7 gün ərzində təcrid olunacaq, 8-ci gün isə təkrar testdən keçəcəklər.
Həmçinin gələn əcnəbilərin hamısı son iki həftə ərzindəki bütün səfərlərinə dair məlumat təqdim edəcəklər.
Koronavirusun yayılmasına görə, ikinci yerdə olan Hindistanda indiyədək 34,5 milyonadək insan yoluxub və bunların 468,7 mini dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!