HƏMAS-ın tərksilahı Türkiyə, misir və qətərin vasitəçiliyi ilə reallaşıb
ABŞ Prezidenti Donald Tramp, radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsi ilə bağlı razılığın Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə əldə olunduğunu açıqlayıb.
Minval.info xəbər verir ki, Tramp bu məlumatı “Truth Social” platformasında paylaşmışdır. O, vasitəçilərə, xüsusilə də bu tarixi irəliləyişi mümkün edən komandaya təşəkkürünü bildirib.
Trampın sözlərinə görə, Sülh Şurası HƏMAS və Qəzza zolağındakı digər silahlı qrupların tamamilə tərksilah edilməsi barədə razılığa gəlib. O, 7 oktyabr 2023-cü ildən sonra Qəzzadan gələn təhlükənin yenidən baş qaldırmasına icazə verilməməsinin vacibliyini vurğulayıb.
“Axios” portalının məlumatına görə, razılaşmaya əsasən, HƏMAS və İsrail qarşılıqlı prinsiplər əsasında yeddi-səkkiz ay ərzində bir sıra mürəkkəb addımlar atmalıdırlar. Bu addımlar müstəqil tərəf tərəfindən təsdiqlənəcək. İsrail tərəfi HƏMAS-ın razılaşmaya əməl edəcəyinə şübhə ilə yanaşır, çünki HƏMAS-ın tunelləri və silah istehsalı üçün istifadə etdiyi obyektlərin məhv edilməsi planlaşdırılır. ABŞ rəsmilərinin məlumatına görə, icraatın yaxın həftələr ərzində başlanması gözlənilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq nefti yeni marşrutla Suriyaya daşınır
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
ABŞ Səudiyyəyə hərbi dəstəyi dayandırdı
Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
ABŞ-ın İranla müharibəsi 42 milyarda çatdı
Rusiyanın "Vampir" qumbaraatanı ilk dəfə Afrikada!
Finlandiyadan Ukraynaya 290 milyon avroluq hərbi yardım