Helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar qanun pozuntusu aşkarlanmayıb
“İstintaqın hazırkı mərkələsində cinayət işi üzrə çoxsaylı şahidlərin dindirilməsi təmin olunub, eyni zamanda intensiv istintaq hərəkətləri həyata keçirilib, müxtəlif ekspertizalar təyin olunub və digər tədqiqatlar aparılıb”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.
“Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilmişdir ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib”, – o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ad günü məclisi təşkil etmək baha başa gəldi: 17 nəfər cərimələndi
Əməkdaşlarımız bombalanan Dondar Quşçuda - kənd sakinləri ayaqdadır
İcra başçısının eks-müavini niyə intihar etdi?
Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi
Şəhid Səbuhinin qardaşının açıqlaması ilə bağlı araşdırma başladıldı