25.09.2026 - 19:42
Həkimlərin rayonlarda işləmək istəməməsinin səbəbləri nədir?
Səhiyyə 5 baxış

Həkimlərin rayonlarda işləmək istəməməsinin səbəbləri nədir?

Rayonlarda həkim çatışmazlığı, demək olar ki, bütün ixtisaslar üzrə hiss olunur. Xüsusilə dar ixtisaslarda mütəxəssislərin sayı kifayət qədər deyil. Bu problemin əsas səbəblərindən biri isə Bakıya intensiv miqrasiya ilə əlaqədardır.

Minval.info xəbər verir ki, tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bu məsələyə dair öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, insanlar daha yaxşı həyat və iş imkanları üçün paytaxta köçür və bu da Bakıda əhali sıxlığını artırmaqla yanaşı, regionlarda mütəxəssis çatışmazlığına səbəb olur.

Adil Qeybulla bildirib ki, rayonlarda həkimlərin fəaliyyətini təmin etmək üçün məcburi tədbirlərdən çox stimullaşdırıcı tədbirlərə üstünlük verilməlidir. Həkimləri zorla rayonda işləməyə məcbur etməyin əks nəticələr verə biləcəyini vurğulayan professor, belə yanaşmanın mütəxəssislərin ölkədən getməsinə səbəb ola biləcəyini bildirib.

Professor əlavə edib ki, pensiya yaşına çatmış təcrübəli həkimlərin təcrübəsindən faydalanmaq və onları səhiyyə sistemində saxlamaq daha məqsədəuyğun ola bilər. Onların topladığı biliklərdən istifadə edilməsi, səhiyyə sisteminin gücləndirilməsi üçün əhəmiyyətlidir.

Cəmiyyətdə həkimlərə qarşı formalaşan təzyiqin də ciddi problem olduğunu deyən Adil Qeybulla, xəstənin vəfat etməsinin hər zaman həkimin günahı olmadığını bildirib. Belə hallarda ölümün səbəbinin tibbi araşdırmalarla müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: