Hava limanı yolu: Yeni qurğular nəyi ölçür və sürücülər üçün nə deməkdir?
Hava limanı yolunda quraşdırılan yeni texniki vasitələrin sürət ölçmə funksiyasına malik olub-olmadığı ilə bağlı sosial şəbəkələrdə müzakirələr yaranıb. Bu cihazların avtomobilləri arxadan çəkərək sürət həddinin aşılmasını müəyyən etdiyi iddia edilib.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yayılan görüntülərdəki qurğular sürət ölçmə funksiyasına malik deyil. Bu elektron cihazlar yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyini ölçmək və nəqliyyat axınının monitorinqini həyata keçirmək üçün nəzərdə tutulub.
Mərkəzdən bildirilib ki, bu cihazlar vasitəsilə toplanan məlumatlar yol hərəkətinin təşkili və nəqliyyat axınının təhlili üçün istifadə edilir. Qeyd olunan qurğuların inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.
Xatırladaq ki, “Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb və bu cihazların avtomobilləri ön tərəfdən deyil, arxadan çəkdiyi iddia olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı