Hansı hallarda xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirilə bilər?
Son zamanlarda elektron imza və şəxsi məlumatlardan istifadə edərək vətəndaşların xəbəri olmadan kredit rəsmiləşdirilməsi ilə bağlı narahatlıqlar artmaqdadır. Mütəxəssislər bildirirlər ki, belə hallar nəzəri və texniki baxımdan mümkündür, lakin bunun baş verməsi üçün bir neçə təhlükəsizlik mərhələsinin eyni anda pozulması lazımdır.
Minval.info xəbər verir ki, rəqəmsallaşma maliyyə xidmətlərinə çıxışı asanlaşdırsa da, kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması məsələsini daha da aktuallaşdırıb. Bank ekspertləri qeyd edirlər ki, bankların əsas vəzifələrindən biri müştərilərin məlumatlarının qorunmasıdır və bu məlumatların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaqdır.
Elektron imza hüquqi baxımdan adi imza ilə eyni qüvvəyə malikdir və onun təhlükəsizliyi də şəxsiyyət vəsiqəsi, bank kartı və ya fiziki imza qədər vacibdir. Ekspertlər bildirirlər ki, nəzəri və texniki baxımdan bir şəxsin xəbəri olmadan onun adına kredit rəsmiləşdirilməsi mümkündür. Bunun baş verməsi üçün adətən elektron imza, mobil nömrə, birdəfəlik təsdiq kodları, şəxsi məlumatlar və bank hesabına çıxış kimi bir neçə təhlükəsizlik mərhələsinin eyni vaxtda pozulması tələb olunur.
Şəxsi məlumatlar fişinq hücumları, saxta internet səhifələri, zərərli proqramlar, mobil telefonun ələ keçirilməsi, SIM kartın qanunsuz dəyişdirilməsi və sosial mühəndislik üsulları ilə üçüncü şəxslərin əlinə keçə bilər. Bundan başqa, vətəndaşların özlərinin PIN kodlarını, elektron imza şifrələrini və təsdiq kodlarını başqaları ilə paylaşması da ciddi risk yaradır.
Hazırda banklarda və dövlət qurumlarında bu cür halların qarşısını almaq üçün çoxpilləli təhlükəsizlik sistemləri tətbiq olunur. Kredit rəsmiləşdirilməsi zamanı elektron imza ilə yanaşı, Face ID, SİMA, barmaq izi və digər identifikasiya vasitələrindən istifadə edilir.
Vətəndaşlara elektron imza şifrələrini, PIN və birdəfəlik təsdiq kodlarını heç bir halda başqaları ilə paylaşmamağı, mobil telefonlarını nəzarətsiz verməməyi, iki mərhələli identifikasiyanı aktivləşdirməyi və şübhəli keçidlərə daxil olmamağı tövsiyə olunur. Əgər vətəndaş onun xəbəri olmadan adına kredit rəsmiləşdirildiyini aşkarlayarsa, dərhal kredit verən banka rəsmi etiraz etməli və hüquq-mühafizə orqanlarına müraciət edərək əlində olan bütün sübutları təqdim etməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yapon yeni dollar qarşısında ciddi dəyər qazandı
Ter ştegen barselonadan ayaksa transfer olunur
Nərimanovda mənzil alarkən sahəmi, planlaşdırmamı seçməliyik?
Quba almasının qiyməti kəskin ucuzlaşdı
AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb
SON DƏQİQƏAzərbaycan nefti bahalaşdı
Azərbaycanda ani ödənişlər sistemi ilə əməliyyatların həcmi kəskin artıb