Hafiz Həsənova 8 il həbs cəzası verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi sona çatıb. Məhkəmə iclasında hakim Eldar İsmayılovun sədrliyi ilə Həsənovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi qərara alınıb. Lakin onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 il sınaq müddəti ilə şərti hesab edilib. Həmçinin, Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Minval.info xəbər verir ki, ittihama görə, Hafiz Həsənov rəhbərlik etdiyi QHT-də layihələr keçirmək adı ilə ABŞ-nin German Marşal Fondundan ümumilikdə 415 min dollardan artıq pul vəsaitini qrant qismində alaraq leqallaşdırıb. O, elan olunan ittihamlarla bağlı özünü təqsirli bilməyib.
Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir