Həyat yoldaşını və iki oğlunu öldürüb qızına təcavüz edən ögey ata: “Qızımı da, özümü də öldürmək istəyirdim” - VİDEO
Tekirdağın Marmara vilayətində, həyat yoldaşı Gözəl ilə əvvəlki evliliyindən olan oğulları Acun və Ardanı başlarından bərk əşya ilə vurub, boğaraq öldürən və arvadının digər evliliyindən olan Melisanı qaçırdıqdan sonra həbs olunan Ömər məhkəmə qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, dörd ay əvvəl qadın alveri ilə məşğul olduqlarına görə həbs olunan Gözəl və Ömər on gün əvvəl həbsdən çıxıb, lakin mübahisə zamanı Ömər əlinə aldığı bərk cisimlə əvvəlcə Gözəli, daha sonra iki ögey oğlunu başlarından vuraraq öldürüb. Ardınca Gözəlin keçmiş həyat yoldaşından olan qızını hədələyərək qaçırıb.
Cəsədləri bağdakı boş evə qədər sürüyən Ömər Melisaya anasının onu tərk etdiyi deyib və birlikdə “gəzməyə” çıxıblar. Meşəlik bir ərazidə maşını saxlayan Ömər qıza hər şeyi danışıb.
Məlum olub ki, Gözəl öz qızını pul qarşılığında başqa kişilərə satıb. Bunu öyrənən Ömər Melisa ilə cinsi əlaqəyə girib, onu istismar etməkdən çəkinməyib.
Əməliyyat zamanı Ömər tutularaq həbs edilib və məhkəməyə çıxarılıb.
Minval.İnfo
https://www.dailymotion.com/video/x6hjd9l
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir