Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.
Bu barədə “MİNVAL.İNFO”a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov kursantları və onların valideynlərini təbrik edərək kursantlara təhsildə, eləcə də xidmətdə uğurlar arzulayıb.
Təntənəli mərasimdə çıxış edən polkovnik Məharət Rzayev, mayor Yaqub Qasımov və kursant Nəsibli Nicat gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi Anda sadiq olmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, nizam-intizamla xidmət etməyi, hərbi həkimlik peşəsinin sirlərini dərindən öyrənməklə şəxsi heyətin sağlamlığını qorumağı tövsiyə ediblər.
Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.
Andiçmə mərasimindən sonra əməkdar artist Yusif Mustafayev və Səbayıl rayonu Badamdar qəsəbəsi mədəniyyət evinin kollektivinin iştirakı ilə kursantlar üçün bayram konserti təşkil olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir