05.11.2021 - 14:56
Hərbi xəbər 1 baxış

Hərbi həkimlərin iştirakı ilə Türkiyədə Zəfər Günü qeyd olunub

Azərbaycanın Türkiyədəki səfirliyi, Ankara şəhərində Azərbaycan Həkimlər Dərnəyi, eləcə də Gülhanə Tədris və Araşdırma Xəstəxanasının təşkilatçılığı ilə “Qarabağ Zəfəri – Həkim gözüylə qardaşlığın dastanı” adlı tədbir keçirilib.

Minval.info xəbər verir ki, bu barədə Report-a Müdafiə Nazirliyindən məlumat verilib.

Gülhanə Halil Akçiçek konfrans zalında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri və qardaş ölkədə təhsil alan tələbələr də iştirak ediblər.

Keçirilən tədbirdə Vətən müharibəsinin ilk günündən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında təhsil alan azərbaycanlı zabitlərin könüllü olaraq cəbhə zonasına yollanmasından, həkimlərimizin orada apardıqları uğurlu əməliyyatlardan ətraflı danışılıb.

“Zəfər Günü”nün ildönümü münasibətilə Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestr heyəti tədbirdə hərbi marşlar ifa edib.

Sonda həkimlərin döyüş əməliyyatlarında iştirakını əks etdirən foto-sərgi təqdim edilib, xatirə şəkli çəkdirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: