Hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunması təklif edilir

“Yeni hazırlanan “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi Silahlı Qüvvələrin bütün növlərini əhatə edir”.
Minval.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
O bildirib ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır: “Döyüşdə iştirak edənlərə 2-3 qat artıq pul verilməsi yeni qanun layihəsində təklif edilir. Ən azından icbari tibbi sığorta və digər ödənişlər sığortaedən tərəfindən ödəniləcək.
Eyni zamanda, hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunmaları məsələsi də layihədə yer alıb. Ümid edirik ki, bu layihənin maliyyə mexanizmləri tapılacaq və layihə müzakirə olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?