Həbsdə olan MTN generalının işi Hərbi Məhkəməyə qaytarıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general-mayoru Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 12 il müddətə azadlıqdan məhrum edilmiş general barəsində bəraət hökmü çıxarılmasını və müsadirə edilən əmlaklarını geri istəyirdi.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən baxış zamanı hakim işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarıb. Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, buna səbəb apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi olub. Eyni zamanda, vəkil məhkəməyə bir sıra vəsatətlər təqdim etdiklərini bildirib. Lakin iş geri qaytarıldığı üçün həmin vəsatətlər baxılmamış saxlanılıb. Qərar verilib ki, cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərildikdən sonra vəsatətlərə baxılsın.
Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Komitə sədri: "Nardaranda və daha bir neçə yerdə dini kolleclər açılacaq"
Azərbaycanda apteklər həm dərman satacaq, həm də...
3 medal alan qazimiz uçuq daxmada yaşayır: Ürək ağrıdan FOTOLAR
Soğanla bağlı sahibkarlara xəbərdarlıq
Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var - VİDEO
Azərbaycanda supermarketə silahlı hücum - Yaralanan var