Həbsdən çıxan ər arvadını baltaladı — Bərdədə QANLI CİNAYƏT
Bərdədə münaqişə zəminində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.“Ölkə.Az” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası avqust ayının 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Bərdə rayonunun Cəyirli kəndində baş verib.
Kəlbəcər rayon sakini Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Ş.Nadirxanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 29.120-ci(adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Hadisənin qısqanclıq zəmində törədildiyi bildirilib.
Qeyd edək ki, Ş.Nadirxanov bir müddət əvvəl həbsdən çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir