Həbs edilən azərbaycanlı biznesmen: "Maşından düşüb bunun boğazını və qulağını kəsdim" - VİDEO
“Atalıq borcumu yerinə yetirə bilmədim”
ARB TV-nin “Rezonans” verilişi bu dəfə məhbus Əkrəm Yusifovun həbsxana hekayələrini təqdim edib.
Əkrəm Yusifov (cəzası 8 il): “2004-cü ildə qəzaya düşdüm və 15 gün komada qaldım. 6 ay yeriyə bilmədim. Sonra yavaş-yavaş yeriməyə başladım. Daha sonra sahibkarlıqla məşğul olmağa başladım. Biznesim böyüdü və xaricdə də şirkətim oldu. Rusiyadan Azərbaycana taxta göndərirdim. Azərbaycandakı firmama da müdir təyin etmişdim. Hansısa bir fırıldaq adam bunu aldadıb. Bankdan pul götürdülər. Mən də razılaşdım. Amma sonra Bakıya gələndə gördüm ki, pulu mən deyən qədər yox, daha çox götürüblər.
Girov olaraq da daşınmaz əmlakımı qoyublar. Pulu soruşduqda isə xərcləndiyini dedilər. Həmin İlqar adlı şəxs bir dəfə mənə zəng elədi ki, bəs mənim ad günümdür, sən də gəl. Getmək istəmirdim, bir az təkid etdikdən sonra razılaşdım. Bir az içdik və ad günündən çıxanda avtomobilə əyləşdik. Sürmək istəyəndə qoymadım ki, bir nəfəri çağırmışam gəlib aparsın bizi. Bu əlimdən vurub məni söydü. Maşından düşüb bunun boğazını və qulağını kəsdim. Mənim 3 uşağımın 3-ü də universitetdə oxuyur. Mən atalıq borcumu yerinə yetirə bilmədim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir