Həbibə yüksək vəzifə təklif edildi: Ölkə başçısının...
Ötən gün Rusiya Federasiyasın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin göstərişi ilə respublikanın ali mükafatı sayılan “Dağıstan Respublikasına xidmətlərinə görə” mükafatına layiq görülən UFC çempionu Həbib Nurməhəmmədov vəzifə təklifi alıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, respublika başçısı idmançıya onun köməkçisi olmağı təklif etdi.
Qeyd edilir ki, təklif Nurməhəmmədovla Vasilyevin növbəti görüşündə müzakirə ediləcək. Ehtimal böyükdür ki, Həbib Dağıstan Respublikasının başçısının köməkçisi olmağa razılaşacaq.
“Rusiya idmançılarının siyasətə başlaması bu gün ölkədə artıq heç kəsi təəccübləndirməməlidir”, – Rusiya KİV-i yazıb.
Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!