Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib – KİV
Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib.
Report xəbər verir ki, bu barədə “Telegram”da yayımlanan “Ploxoy leytenant” telekanalı məlumat yayıb. Hadisə 30 yaşlı dağıstanlı döyüşçünün həmyerliləri ilə Rusiyadan Türkiyəyə uçmaq istədiyi vaxt baş verib.
Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovun məşhurluğuna əhəmiyyət verməyərək, onu hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər. Dindirmə üçün gələn əməliyyatçılar az sonra qəzəbli idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə kömək göstəriblər.
“O, Mişa və daha bir əməkdaşla şəkil çəkdirdikdən sonra qalanlarının istəyini rədd edərək, uçdu”, – Rusiya Sərhəd Xidmətinin əməkdaşı söyləyib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov “Diriliş Ertuğrul” serialının çəkiliş prosesini izləmək üçün Türkiyədə olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sel İranı 50 milyon dollarlıq ziyana saldı
“WhatsApp”a rəqib yeni PROQRAM
40-a yaxın şəxs hovuzda xlordan zəhərləndi
ABŞ: "Müharibə olsa, Şimali Koreya rejimi tamamilə darmadağın olunacaq"
Morq işçisi aktrisanın cəsədini zorladı
Dünyanın ən xoşbəxt ölkələrinin SİYAHISI
Bayden Türkiyənin tələblərini DƏSTƏKLƏDİ