13.07.2022 - 12:33
İdman 1 baxış

Günün transfer xəbərləri: İnzaginin yeni klubu bəlli oldu

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“İnter”in baş məşqçisi Simone İnzagi: “Dibala? Mən komandada olan hücum xəttindən razıyam. Elə bu heyətlə də mübarizə apara bilərik”.

Canluka Di Martsiodan xəbərlər:

“Atalanta” və “Roma” Aleksey Mirançuku Bruno Peresə dəyişmək imkanını müzakirə edirlər”.

“Napoli” Kalidu Kulibalinin yerinə oyunçu axtarmağa başlayıb”.

“Fənərbağça”nın futbolçusu Kim Min Ce “Renn”ə keçmək üzrədir. Transferin məbləği 5 milyon avro təşkil edəcək”.

“Napoli” Covanni Simeone ilə maraqlanır”.

“Federiko Bernardeski “Toronto”ya keçməyə yaxındır”.

“Napoli”nin müdafiəçisi Kalidu Kulibali “Çelsi”yə keçmək üzrədir”.

“A Spor” telekanalı: “Coşua Kinq azad agent olaraq “Fənərbağça”ya keçməzdən əvvəl İstanbulda tibbi müayinədən keçib”.

Fabritsio Romano: “Barselona” və “Lids” Rafinyanın transferini bitirmək üzrədir”.

Baş tutmuş transfer xəbərləri:

“Milan”ın sabiq müdafiəçisi Alessio Romanyoli azad agent olaraq “Latsio”ya keçib. “Roma”nın yetirməsi klubla 2027-ci ilin yayına kimi müqavilə imzalayıb.

Mario Xila 6 milyon avroya “Real Madrid”dən “Latsio”ya keçib. Müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

“Milan”ın sabiq futbolçusu Samu Kastilyexo azad agent olaraq “Valensiya”ya qoşulub. Müqavilə 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ueyn Runi “DiSi Yunayted”in yeni baş məşqçisidir.

Filippo İnzagi “Recina”nın yeni baş məşqçisidir. 48 yaşlı mütəxəssisin son iş yeri 2022-ci ilin yazında qovulduğu “Breşiya” klubu olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: