Göygöldə istirahət parkında narkotik satan gözətçi saxlanılıb
Göygöldə narkotik alan və satan şəxslərdə narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Minval.info-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Akif Vəliyev saxlanılıb.
Araşdırmalar zamanı onun rayon ərazisində gözətçi işlədiyi istirahət parklarından birində narkotik vasitə satması məlum olub. Əldə edilən maddi sübutlarla birlikdə A.Vəliyev istintaqa təhvil verilib.
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri ayrı-ayrı tədbirlərlə qanunsuz olaraq, narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən, Bayram Ələkbərov, Baxşəli Mürsəquov, Faiq Bağırov, Vüqar Sadıqov, Elşən Xudaverdiyev, Mehman Kərimov, Rövşən Məmmədxanov, Anar Atayevdən heroin, marixuana, metamfetamin və digər narkotik vasitələr aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir