Göyçayda vaksin olunanların sayı 80 min nəfəri keçib

Göyçay rayonunda koronavirus infeksiyasına qarşı 111 min 170 vaksin vurulub.
Göyçay rayon Mərkəzi Xəstəxanasından Minval.info-ya verilən məlumata görə, bu günə qədər rayon üzrə 48 min 904 nəfər artıq birinci dozanı qəbul edib. 31 min 137 nəfər isə hər iki doza peyvənd olunub. Hazırda peyvəndləmə prosesi davam etdirilir.
Xəstəxanadan qeyd ediblər ki, bu günə qədər peyvənd olunanlar sırasında əks-təsir faktı aşkar edilməyib: “Həmçinin peyvənd olunanlar arasında xəstəliyi ağır keçirənlərə və ölüm hallarına rast gəlinməyib. Virusdan ölənlərin heç biri peyvənd olunmayıb”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənə olan məlumatına görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 7 371 182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 418 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 952 968 təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?