Göyçayda körpü yenidən çökdü, yolda tıxac yarandı - FOTOLAR

İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılan 20 metrlik hissəsi yenidən bərpa olunsa da, bu gün həmin ərazidə çökmə baş verib.
Minval.İnfo-un apa-ya istinadən verdiyi xəbərə görə, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub. Bu gün səhər saatlarından indiyədək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. Körpüdə bərpa işlərinə başlanıb. Bir neçə dəfə yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb və sonradan açılıb.
Hazırda yola yenidən asfalt örtüyünün vurulması ilə əlaqədar körpünün üstündən avtomobillərin keçidi tamamilə dayanıb, tıxac yaranıb.
Qeyd edək ki, selin dağıtdığı avtompbil körpüsü bərpa işlərindən sonra iyunun 23-də istifadəyə verilmişdi.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının bəzi ərazilərində işıq kəsiləcək!
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
Azərbaycan və Dünya Bankı: Yeni inkişaf perspektivləri
Azərbaycanın ticarət dövriyyəsi 30 milyardı keçdi
Qarabağ KOB-ları: Yeni təlimlər uğurla tamamlandı
Sevinc Məmmədova ABŞ-da prorektor təyin edildi
Sabah "Old Trafford"da tarixi imtahana çıxır