Göyçayda dəhşətli qətl - 4 uşaq anası qonşu ilə əlbir olub ərini öldürdü
Şəki Ağır Cinayətlər Məhkəməsində qonşu ilə birləşib ərini öldürən qadının məhkəmə prosesi sona çatıb.“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Musayeva Arzu Güləhməd qızı və Xanməmmədov Seymur Çingiz oğlunun məhkəmə prosesinə hakim Rəşid Hüseynov sədrlik edib.
Hadisə 2017-ci il iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evdə qətlə yetirilmiş meyiti tapılıb. İlkin olaraq S.Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğuna çağırılsa da, ifadəsi alınandan sonra sərbəst buraxılıb. A.Musayevanın ifadəsi əsasında davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, S.Musayevi həmkəndlisi, 1984-cü il təvəllüdlü Xanməmmədov Seymur Gündüz oğlu qətlə yetirib. S.Xanməmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. İstintaq müddətində Arzu Müsayeva da təqsirləndirilən şəxs qsimində həbs edilib.
Xatırladaq ki, qətlə yetirilən S.Musayev 4 azyaşlı uşaq atasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir