Gorus-Qafan yolu üzərində sərhəd postunun yeni inzibati binasının açılışı olub
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlı rayonu ərazisində yerləşən “Eyvazlı” sərhəd nəzarət postunun yeni inzibati binasının açılışı olub.
Minval.info xəbər verir ki, bu barədə “Report”un Qubadlıya ezam olunan əməkdaşı xəbər verir ki, məntəqə müasir avadanlıqlarla təchiz edilib.
DSX-nin Mətbuat Xidmətinin əməkdaşı Rəşad Məşədiyev qeyd edib ki, “Eyvazlı” sərhəd nəzarət postunun yeni inzibati binasında sərhədçi və gömrükçülərin işləməsi üçün şərait yaradılıb: “Biz hazırda Qubadlı rayonu Eyvazlı kəndində yerləşən, Gorus-Qafan yolu üzərində yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindəyik. Buraxılış məntəqəsində DSX-nin və dövlət gömrük komitəsinin əməkdaşlarının xidməti şəraitinin yüksəldilməsi üçün yeni təmirdən çıxmış inzibati binanın istifadə edilməsi prosesində iştirak edirik. Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin qeydiyyata alınması, mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi və digər sərhəd nəzarəti həyata keçirilir. Gördüyümüz bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən perimeter boyunca təşkil olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
