Görmə məhdudiyyətli 15 yaşlı azərbaycanlı Rusiya səhnəsini ayağa qaldırdı - VİDEO
Rusiyanın NTV telekanalında yayımlanan “Tı super” mahnı yarışmasında Azərbaycanı təmsil edən görmə məhdudiyyətli 15 yaşlı Səməd Novruzov öz çıxışı ilə hər kəsi heyran qoyub.
İnternat məktəbində təhsil alan Səməd, yarışmaya anası ilə gəlib. O, deyib ki, evə tez-tez gedib-gəlmək ona çətin olduğu üçün daha çox məktəbdə qalır: “Oxuduğum internat məktəbində sadəcə ailəsiz uşaqlar yox, fiziki məhdudiyyətli uşaqlar da oxuyurlar. Mənim anam və atam məni heç vaxt tək buraxmazlar. Buna əminəm. Onlar məni çox sevirlər”.
Minval.İnfo xəbər verir ki, Səməd səhnəyə çıxaraq, alqışlar altında Rəşid Behbudovun məşhur “Bu şəhərdə” mahnısını rus dilində oxuyub. Bundan sonra münsif və izləyicilər onu ayaqda alqışlayıb. İzləyicilər “Halaldır-halaldır” deyərək ona dəstək olublar.
Bütün münsiflərdən “hə” cavabı alan Səmədin çıxışına və ailəsi haqqında hazırlanmış reportaja videodan baxa bilərsiniz:
Minval.İnfo
ƏLAQƏLİ
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Coni nadir xəstəlikdən əziyyət çəkir?
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı