Goranboyda gənc oğlanı öldürən şəxsin adı məlum olub - YENİLƏNİB
Goranboy rayon Qızılhacılı qəsəbəsində gənc oğlanı qətlə yetirən şəxsin kimliyi məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Faiq Kənan oğlu İsgəndərov mübahisə zəminində 1994-cü il təvəllüdlü Kəmran Ələddin oğlu Məmmədov tərəfindən bıçaqlanıb. Yaralı ağır halda xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 12:16
Goranboy rayonunda gənc oğlan qətlə yetirilib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Qızılhacılı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Faiq Kənan oğlu İsgəndərov mübahisə zəminində bıçaqlanıb.
O, ağır halda xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir