Gömrükçülər qadının çantasında şarlara bükülmüş heroin aşkarladı - VİDEO
İrandan gələn vətəndaşın əl yükündə narkotik vasitə-heroin aşkarlanıb.
Minval.İnfo xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə İran İslam Respublikası vətəndaşı Mahdioghli Roghayeh Hasan qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirməsi barədə əməliyyat məlumatı daxil olub.
Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşın üzərinə və əl yüklərinə baxış keçirilib.
Baxış zamanı, vətəndaşa məxsus içərisində şəxsi əşyalar olan yük çantasında, 1 ədəd sellofan torbanın içərisində müxtəlif rəngli şarlara bükülmüş 10 ədəd yumru formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində açıq qəhvəyi rəngli, ümümi çəkisi 555 qram olan narkotik vasitə-heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi
Sosial şəbəkədə porno video yayanlar saxlanıldı
Bakının Xətai rayonunda yollar bağlandı!
Qusarda kəsici alətlə təxribat: 22 yaşlı şəxs saxlanıldı
Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!